Bipolyar pozuntunun əlamətləri nələrdir?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 23:36 25.11.2024

Bipolyar pozuntu günümüzdə bir çox insanın əziyyət çəkdiyi psixolojik xəstəlikdir. Bu pozuntuya sahib şəxslər tez-tez duyğu dəyişimləri yaşayırlar.

Bəs, bipolyar pozuntu özündə hansı əlamətləri birləşdirir?

Mövzu ilə bağlı Ailə və Uşaq psixoloqu Aynur İsmayılova  "informator.az"a açıqlamasında bildirib ki, bipolyar pozuntu həm şəxsiyyət, həm davranış pozuntusudur:

"Bu problemdən əziyyət çəkən insanlar özlərinə və yaxud ətrafa necə zərər verdiklərinin fərqində deyillər. Bunlarda yüksək əhval ruhiyyə dəyişkənliyi var. Bu tip insanlar əhvalı çox yaxşı olanda bizim gözləmədiyimiz çox gözəl hərəkət edə bilər. Çox şənlənə bilər. Onun əksinə, kefi bir az nədənsə pozulanda dəhşətli dərəcədə depressiyaya düşə bilər. Bu insanlara güvənmək məsələsində bir az insanlar ehtiyatlı olmalıdırlar.
Bipolyar şəxsiyyət pozuntusu insanlar övladlarına da hiss etmədən cürbəcür travmalar yaşadırlar.

İnsanlar fikirləşirlər ki, bipolyar pozuntulu şəxslər gözəl bir yüksək performans göstərəcək. Bunun uğurunun ardını gözləməyə yönəlik olurlar. Amma bipolyar şəxsiyyət pozuntusu insanların axıra qədər uğurları olmur.

Bu şəxsiyyət pozuntusundan əziyyət çəkən insanların müxtəlif duyğuları ani yüksələ bilər. Dəhşətli dərəcədə çox yüksək pul xərcləyə bilərlər. Ağlasılmaz risklər ala bilər. Onların  təsəvvürü həmişə yanlış olur. Özü barədə öz qüvvəsi barədə yanlış təsəvvürləri var, amma bir neçə gün sonra hətta sabahsı gün belə bu insanlar aşırı dərəcədə maniya yaşayıb, ağır depressiyaya düşə bilərlər".

Elnurə Kərimova