Dolların qiyməti bahalaşdı!

Bölmə: Maraqlı › ,
Tarix: 21:22 30.08.2024

Dollar və avronun qiymətləri bir-birinin ardınca rekord həddə çatmağa başladı.

Həftənin əvvəlində dollar kritik həddi 34 lirəni keçib, avro isə ilk dəfə 38 lirə həddini keçib.

2024-cü ilin əvvəlindən TL-nin dollar və avroya nisbətdə ucuzlaşması 16 faizə çatıb. Bu inkişaflar “İlin sonunda dollar nə qədər olacaq?” sualını doğurur. Mövzu ilə bağlı açıqlamalar verən İqtisadiyyat professoru Şenol Babuşcu diqqətçəkən proqnozlar verib:

"Məzənnələr oktyabrın sonu noyabrın başına qədər bu səviyyələrdə davam edir. Dollar hazırda 34 lirədir. Oktyabrın sonuna kimi dollar 35 lirəyə qalxa bilər. Dekabrda dolların nəzarətli buraxılışla 38 lirə civarında olacağını gözləyirəm. Avro 42-43 lirə arasında ola bilər.Son dəqiqə məzənnələri də investorlar tərəfindən yaxından izlənilir. Dünən ani yüksəlişlə 34.50 lirəyə yüksələn Dollar/TL yeni günə ehtiyatla başlasa da, rekord səviyyələrə yaxınlaşmaqda davam edir. Oxşar vəziyyət avronun məzənnəsinə də aiddir".

Mənbə: CNN türk
Mehriban Nəsibova