Alimlər kəşf etdilər: Bəşər tarixinə səyahətin qapıları açılır

Bölmə: Maraqlı › ,
Tarix: 21:58 30.08.2024

Laosda, Cənubi-Şərqi Asiyada bir mağaradan çıxarılan diş bəşər tarixinin qapılarını açır.

Tədqiqatçılar mağarada tapılan alt azı dişinin ən azı 130 min il əvvəl yaşamış Denisovalılardan olan bir qadına aid olduğunu düşünürlər. Denisovalı insanlar 2010-cu ildə tapıntılarla müəyyən edilmiş müasir insanların qohumu olduğu düşünülür. Bu alt azı dişi Denisovalıların Cənubi-Şərqi Asiyada yaşadığını göstərən ilk dəlil kimi tanınır.

"Bu onu göstərir ki, Denisovalılar Cənubi Asiyada yaşayıb. Və bu, müasir insanlarla Denisovalıların Cənubi-Şərqi Asiyada rastlaşa biləcəyini söyləyən genetiklərin qənaətlərini dəstəkləyir" - paleoantropoloq Klement Zanolli bildirib.

Mənbə: CNN türk
İlahə Həsənova