Həzm sağlamlığını dəstəkləyir və qan şəkərini tənzimləyir!

Bölmə: Maraqlı › ,
Tarix: 10:34 02.09.2024

Qida dəyəri yüksək olan bir ləzzətə çevrilən qurudulmuş qavalı sağlamlıq baxımından da bir çox faydalar təqdim edir.

Diyetisyenlərin sağlam pəhriz proqramına tez-tez əlavə etdiyi qidalar arasında yer alan quru gavalı diabet xəstələri üçün də mükəmməldir. Faydaları saysız-hesabsız olan bu yeməklə bağlı məşhur araşdırmanın nəticələri təəccüblü olub. Journal of Medicinal Food jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, gündə 5-12 quru gavalı yemək postmenopozal qadınlarda xolesterin, oksidləşdirici stress və iltihab kimi ürək xəstəliyi risk faktorlarını azaldır.

Gavalıların faydaları:
Tərkibindəki yüksək lif sayəsində gavalı həzmi tənzimləyir və qəbizliyin qarşısını alır. Bağırsaq hərəkətlərini sürətləndirərək həzm sisteminin sağlamlığını dəstəkləyir. Gavalı sümük sıxlığını qorumağa kömək edən bor mineralı ilə zəngindir. Bundan əlavə, tərkibindəki K vitamini və maqnezium sümük sağlamlığını dəstəkləyir. Qara gavalı bədəndə sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alan antioksidantlarla zəngindir. Bu xüsusiyyətləri ilə qocalmanı gecikdirir və xərçəng riskini azaldır. Gavalı xolesterol səviyyəsini aşağı salmağa və ürək sağlamlığını qorumağa kömək edə bilər. Tərkibindəki kalium sayəsində təzyiqi tənzimləyir və infarkt riskini azaldır. Qara gavalı aşağı glisemik indeksi sayəsində qan şəkərinin sürətlə artmasının qarşısını alır. Bu onu diabet xəstələri üçün təhlükəsiz qəlyanaltı edir. Qara gavalı dəmirlə zəngin qidadır və dəmir çatışmazlığının qarşısını alaraq qan azlığından qoruyur. Tərkibindəki antioksidanlar və C vitamini sayəsində gavalı dərinin sağlam və gənc görünməsinə kömək edir.

Mənbə: CNN türk
Nərgiz Orucova