Ac olanda niyə əsəbiləşirik?

Bölmə: Maraqlı › ,
Tarix: 13:01 03.09.2024

Bir çoxumuz müxtəlif səbəblərdən yemək atdıqda və ya ac qaldıqda mənfi emosional vəziyyətlər yaşayırıq. Yaxud ən azından ətrafımızda ac olanda özünü pis hiss edən, emosional və ya əsəbiləşən qohumlarımızı müşahidə edirik. Ac olduğumuz zaman ən çox müşahidə etdiyimiz emosional reaksiyalar qəzəb və aqressiyadır.

"Hangry" nə deməkdir?
İngilis dilində aclıq mənasını verən “hunger” və əsəbilik mənasını verən “angry” sözlərinin birləşməsindən əmələ gələn “hangry” anlayışı aclıq zamanı qəzəblənmə halını ifadə edir. Kembric lüğətində aclıq hissi səbəbindən əsəbiləşmək kimi təyin olunan "hangry" anlayışı son vaxtlar çox populyarlaşıb. Bu populyarlıq alimlərin diqqətini çəkməli idi, çünki son vaxtlar aclığın yaratdığı əhval dəyişikliyi ilə bağlı araşdırmaların sayı artıb. Beləliklə, aclıq və qəzəb arasında elmi cəhətdən sübut edilmiş bir əlaqə varmı?

Beynin qlükozadan məhrum olması emosional tənzimləməyə mane olur!
Araşdırmalar göstərir ki, aclıq və qəzəb arasındakı əlaqə bəzi bioloji və psixoloji faktorlarla izah edilə bilər. Bioloji izahatlara görə, bir müddət yemək yeməyəndə qan şəkərimiz aşağı düşməyə başlayır. Qan şəkərimiz, yəni qanımızdakı qlükoza səviyyəsi azaldıqca aclıq hormonu olan GH sinir sistemimizə təsir etməyə başlayır. Bu vəziyyət stress hormonları olan kortizol və adrenalin kimi bir sıra hormonların ifrazını artırır. Qan şəkərimizi tənzimləmək üçün ifraz olunan bu hormonların qanımızdakı miqdarının artması əsəbilik, qəzəb, aqressiya kimi mənfi nəticələrə səbəb olur. Qan şəkərinin aşağı olması təkcə aqressiyaya səbəb olmur. Bu, həmçinin tükənmişlik, yuxululuq, diqqəti cəmləyə bilməmək və ya səhv etmək meyli kimi müxtəlif problemlərə səbəb ola bilər. Məhz buna görə də, ac olduğumuz zaman qarşılaşdığımız hər hansı bir gündəlik hadisə və ya vəziyyətə normal şəraitdə olduğundan fərqli emosional reaksiyalar verə bilərik. Yaxud qarşılaşdığımız situasiyalarda duyğularımızı tənzimləməkdə problemlərlə üzləşə bilərik.


Digər tərəfdən, beynimiz əsas enerji mənbəyi kimi qlükozadan istifadə edir və məlumdur ki, qlükoza kifayət qədər olmayanda beynimiz düzgün işləmir. Bu məhrumiyyət vəziyyəti beynimizin aqressiv impulsları idarə etməsinə mane olduğu üçün aclıq vəziyyətində qəzəb və aqressiya göstərə bilərik.

Əsasən emosiyalarımızın olmasının səbəbi bədənimizin daxili tarazlığını, yəni homeostazını qoruyub saxlamasını təmin etməkdir. Beynimiz həmişə bədənimizin tarazlıqda olub-olmadığını izləyir. Əgər balansımız pozulursa, bu, bədənimizə bir şeyin dəyişməsi lazım olduğuna dair siqnallar verir. Ac qalanda bu tarazlıq pozulur və beynimiz yanlış siqnallar göndərməyə başlayır. Nəticədə, kortizolun sərbəst buraxılması təriklenir və biz qəzəblənirik.

Mənbə:bilimup
Elnurə Kərimova