Hollandiyada üz tanıma şirkəti 30,5 milyon avro cərimələnib
Bölmə: Maraqlı › ,Tarix: 22:30 03.09.2024
Hollandiyada Məlumatların Mühafizəsi Təşkilatı (DPA) üz tanıma şirkəti Clearview AI-ni qeyri-qanuni üz tanıma bazası yaratdığına görə cərimələyib. Qurum məlumat bazasına şəkilləri daxil edilən şəxslərin kifayət qədər məlumatlandırılmadığını bildirib.
Hollandiya Məlumatların Mühafizəsi İdarəsi (DPA) qeyri-qanuni üz tanıma bazası yaratdığına görə Clearview AI proqram təminatı şirkətini 30,5 milyon avro cərimələyib.
DPA-nın verdiyi açıqlamada, bütün dünyada üz tanıma texnologiyası xidmətləri göstərən Avstraliyanın Clearview AI-nin milyardlarla üz fotoşəkilindən ibarət “qanunsuz məlumat bazası” yaratdığı üçün cərimə olunduğu bildirilib.
Açıqlamada, sözügedən məlumat bazasının yaradılması və şəkilləri verilənlər bazasına daxil edilmiş şəxslərin lazımi şəkildə məlumatlandırılmamasının Avropa Birliyi ölkələrində qüvvədə olan Ümumi Məlumatların Qorunması Qaydasını (GDPR) ciddi şəkildə pozduğu, və Clearview AI bu səbəbdən 30,5 milyon avro cərimələnib.
"YÜKSƏK MÜDAXİLƏLİ TEXNOLOGİYA "
DPA Hollandiya şirkətlərini Clearview xidmətlərindən istifadə etməmələri ilə bağlı xəbərdar etdi və bildirdi ki, Clearview AI GDPR pozuntularını dayandırmasa, onları cərimələr və 5,1 milyon avroya qədər uyğunsuzluq cəzaları gözləyir.
DPA prezidenti Aleid Wolfsen məsələni dəyərləndirərkən, Clearview AI xidmətlərindən istifadənin Hollandiya qanunlarına görə də qeyri-qanuni olduğunu ifadə edərək, "Üz tanıma texnologiyası çox müdaxilə edən bir texnologiyadır və onu dünyada heç kimə asanlıqla tətbiq edə bilməzsiniz" dedi.
Mənbə:NTV Haber
Zeynəb Mustafazadə