Hazırda boks üzrə Dünya Çempionu Fariz Məmməd haqda sənədli film çəkirəm
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201506/7041955_n.jpg)
Tarix: 23:23 07.06.2015
Müsahibəni hazırladı
BDU Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi Elnur Məmmədzadə
Nicat bəy siz ilk dəfə hansı serialda rol almısınız?
Ilk dəfə Samir Qulamovun “Ruhların Qovuşan Yeri” adlı seriala çəkilmişəm. Ancaq müəyyən səbəblərə görə efirə getmədi. Sonra Samir Qulamovun çəkdiyi “Küləklər şəhəri” serialında rol aldım.
”Küləklər şəhəri” və “Sonun başlanğıcı” serialı sizin həyatınızda aktyorluq bacarığınızı nə dərəcədə üzə çıxardı?
“Küləklər Şəhəri” mənim üçün bir məktəb oldu. Ordan çox şey öyrəndim. “Küləklər Şəhəri” serialında polis rolunu canlandırıdım. “Sonun başlanğıcı” serialında isə tam əksinə, mənfi obraz olan İsrafil rolunu canlandırdım
İlk çəkdiyiniz serial olan “Günahkar” serialı niyə cəmi 16 bölüm getdi?
Əslində mən uzun serialı bədii film nəzərdə tutmuşdum. Ancaq ATV-nin rəhbərliyi serialların 16 bölümdən ibarət olduğunu bildirdi məndə razılaşdım. “Günahkar” serialı ilə yanaşı digər bir neçə serial da 16 bölümdən ibarət oldu.
Nəyə görə “Günahkar” serialında hadisələrin çox hissəsi Ağdamda baş verdi?
Mən Ağdamı sevdiyim kimi Azərbaycanın bütün rayonlarını sevirəm. Həm Qarabağı dünyada tanıtmaq istədim, həm də burada mənə çox kömək etdilər. Ağdam teatrı, teatrın o vaxtki direktoru Fəxrəddin Hacıbəyli, Qazilər birliyi, bizim dostlarımız Raman Dadaşov, Teymur Zahidoğlu, Elgün Gencimsoy, Elburus Memmedov və başqa insanların bizə çox köməyi dəydi.
Sizin həyat və yaradıcılğınızda kimlərin rolu daha çox oldu?
Məni Samir Qulamovla dostlarım olan Zaur Məmmədov və Aqil Abbasov tanış edib. O gündən Samir Qulamovla çalışmışam. O mənə çox şey öyrətdi. Mən həmişə demişəm kino sahəsində nə bilirəmsə Samir Qulomavun sayəsindədir. Valideynlərimin də rolu böyük oldu həyat və yaradıcılğımda.
Qarabağla bağlı serial ya da bədii film çəkmək fikriniz var?
Qarabağ bizim yaralı yerimizdi. Bəli ssenarisi də var və hazırdı. İnşallah bu yaxınlarda o filmi canlandıracam.
Gələcəkdə hansı layihələriniz olacaq?
Layihələrim çoxdu. Inşallah Avropa oyunlari qalibiyyətlə bitsin sonra "Günahkar" serialinin həm aktyoru, həm produseri olan Dilqəm Dadaşovla çəkilişlərə baslayacam. Çəkilişləri yeni yaratdığım Qarabag studiyası təqdim edəçək. Hal-hazırda boks üzrə dünya cempionu Fariz Məmmədov haqqında sənədli film çəkirəm