Dünya iqlim fəlakətinin astanasında: Necə mübarizə aparılır?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:04 26.09.2024

BMT -in Baş katibi Antonio Quterreş bildirib ki, dünya iqlim fəlakətinin astanasındadır. Bəs bu problemin aradan qaldırılması üçün hansı addımlar atılır?

Bu barədə "İnformator.az"a müsahibəsində ekoloq Qorxmaz İbrahimli iqlim dəyişikliklərindən və dövlətlərinə bu problemlə mübarizələrindən bəhs edib:

"İqlim dəyişmələri nəticəsində su ehtiyatları azalır, ekstremal təbiət hadisələri artır, meşə yanğınları artır,  ərzaq ehtiyyatı azalır və insanlar fəaliyyətlərdən çəkinirlər. İnsan həyatının fəaliyyətlərinə mühim şəkildə təsir edir.

İqlimlə bağlı BMT ötən əsrin 70 -ci illərindən etibarən elm insanlarının səsini duymağa başladı. O vaxta qədər iqlim mövzusu BMT -in maraq dairəsi olmayıb.
Bu gün Cop dediyimiz iqlim dəyişikliyi konfransı 1992 -ci ildə Braziliyanın Rio-De-Janeyro şəhərində keçirilib. İqlim dəyişikliyinin mərkəzi Berlin şəhəridir Almaniyada bu məsələ daha çox diqqətdə tutulur.
Daha sonra Kioto Summit olduki bu iqlim dəyişikliyi ilə bağlı ən mühim protokollardan biridir.
1996- cı ildə bura Azərbaycan da qatılır.
2015- ci ildə  Paris konfransı keçirildi. Bu konfransda ən yadda qalan ABŞ-nin öncəki prezidenti Donald Tramp Copa qatılmayacağını bəyan etdi. Halbuki iqlim dəyişikliyi ilə bağlı problemləri yaradan böyük sənayə, aparıcı ölkələrindən biridə məhz ABŞ-dır.
Xüsusən, Azərbaycanda keçiriləcək Cop29-un məqsədi də iqlim dəyişikliyi ilə bağlıdır. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərəcək. Amma unutmaq olmaz ki, daha çox zərəri nüvə silahı sınaqları, Rusiyanın şimal qütbündə keçirtdiyi sınaqlar verir. O cümlədən kömürün sənayədə istifadəsi, benzin və dizellə işləyən maşınlar və s."

Zəhra Məmmədova