Moldovanlar Ukraynanın taleyindən qorxdu yoxsa "satın alındı"lar?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 16:33 29.10.2024
Ötən bazar Moldovada prezident seçkiləri və Aİ- ə üzv olmağa dair Konstitusiya referendumu ilə bağlı səsvermə eyni gündə baş tutdu. Referendum nəticələrinə əsasən 50.46% -i Avropaya inteqrasiyaya "hə", 49.54% -i isə "yox" cavabını verdi.
Əhalinin demək olar ki yarısı 49.54%- i Aİ-ə qoşulmağın əleyhinə səs verdi. Maldovanlar Ukraynanın taleyindən qorxub Avropaya olan simpatiya və həvəslərini boğdular?
Mövzunu "İnformator.az"a şərh edən politoloq Turan Rzayev qeyd edir ki, bəzi Qərb nəşrləri bu nəticəni Rusiyanın xeyli sayda moldovalı seçicini “satın ala bilməsi” kimi dəyərləndirir, möcüzə nəticəsində rusiyayönlü düşərgənin qalib gəlmədiyi barədə çoxsaylı bəyanatlar yayırlar:
"Digər bir versiyası isə maldovanlar Ukraynanın taleyindən qorxub belə bir qərar verdiyi yönündədir. Bütün bunlar qərbin və qərbpərəst Maya Sandu hakimiyyətinin ortaya atdığı yalan və əsassız iddialardır. Qərb həm Moldovada həmdə Gürcüstanda keçirilən seçkilərdə istədiyi nəticələri əldə edə bilmədi. Hər iki seçki nətciəsi ilə bağlı verilən bəyanatlar eynidir. Günahkar Rusiya olaraq göstərilir. Rusiya nəqədər proseslərlə müdaxilə etmək istəsədə bütün xalqı yada mütləq əksəriyyəti ələ ala bilməz. Bu çox qeyri real yanaşma olar.
Ümumiyyətlə xalqın iradəsini bu qədər ucuz etmək doğru deyil. Hamı Aİ-ni yada ABŞ-ı istəyəcək deyə bir qayda yoxdur. Ötən əsrdə ABŞ-in alternativi SSRİ idi. Dünya iki qütblü idi. Bu gün isə çox qütblüdür. Yəni seçim etmək üçün alternativlər var. Lakin nə olur olsun Moldova xalqı öz seçimini etdi".
Politoloqun sözlərinə görə, Moldovadakı seçkilərin nəticələrini şərh edərkən dayaz yanaşma sərgilənir:
"Yəni bu ölkənin siyasi idarə etməsi daxildəki etnik mövcud problemləri , xalqın düşüncəsi, dərin təhlil edilmir. Moldovada ciddi bir rus pərəst qüvvə var. Keçmiş prezident İqor Dodon rəhbərliyində təşkilatlanmağı bacarırdılar. Bundan başqa Qaqauzlarda Aİ-ni istəmir. Hətta Moldova Aİ üzvü olarsa Qaqauzlar müstəqilik üçün referendum elan edə biləcəyini açıqlayıb. Digər bir faktor isə Transdinyesterdir. Bu subyekt Moldova daxilində olsa da, özünü Moldovadan ayrı görür. Bununla belə buradakı insanlar da Kremldən yanadır. Yəni Aİ-ə isti baxmırlar.
Nəticə etibarı ilə qərarı yenə xalq verdi və moldova xalqının yarısı qərbi istəmir. Bununla barışmaq daha ağlabatandır. Əks təqdirdə cəmiyyət gedərək qərb və rus pərəst olmaqla qütbləşəcək. Bu isə Rəsmi Kişinyovun istəmədiyi bir şeydir“.
Zəhra Məmmədova