Balıqla qatıq yesək, zəhərlənəcəyik?
Bölmə: Maraqlı › ,Tarix: 12:59 31.10.2024
Omeqa-3 bombası olan balıqların müəyyən aralıqlarla istehlakı sağlam immunitet üçün vacibdir. Digər tərəfdən həzm sağlamlığını dəstəkləyən və istehlak edildikdə sizi tox saxlayan qatıq da balıq kimi immuniteti gücləndirir.
Balıq və qatıq bu qədər sağlam olsa da, nədənsə illərdir bu iki məhsulun eyni vaxtda istehlak edilməməsi, istehlak edildikdə zəhərlənməyə səbəb ola biləcəyi deyilir. Lakin ekspertlər artıq bu məsələdə həmfikir deyillər.
Amerikada Milli Biotexnologiya İnformasiya Mərkəzi olan NCBI tərəfindən aparılan araşdırmaya görə, balıq və süd məhsullarının birlikdə istehlakı qida zəhərlənməsinə səbəb olmur.
Əksinə, bəzi mütəxəssislərə görə, bu iki məhsulu birlikdə istehlak etmək sümük sağlamlığı üçün çox faydalıdır, lakin bu ikiliyi birlikdə istehlak edərkən nəzərə alınması lazım olan vacib bir məqam var.
Balıq və süd məhsulları tez xarab olan qidalar olduğundan, bu ikisi yalnız köhnə olduqda zəhərləyə bilər.
Mütəxəssislər bu məhsulların təzə olduğu halda birlikdə istehlak edilməsinin təhlükəli olmadığını bildirir.
Bayat balıqda "histamin" adlanan zülalın miqdarı artır. Bu zülal qatıqda da olur.
Hər ikisini eyni yeməkdə qəbul etsəniz, bədəninizdəki histamin pik həddə çatacaq və zəhərlənəcəksiniz.
Ancaq hələ də vərdişlərinizdən əl çəkə bilmirsinizsə, balıq yeyəndən ən az 8 saat sonra süd məhsulları istehlak etməyə başlamalısınız.
Mənbə: Pembenar
Nigar Səmədli