Qərbin yanlış yolu və böyük müharibənin qarşısını almaq - Putinin xarici səfirlərə dedikləri

Bölmə: Siyasət › ,
Tarix: 21:07 05.11.2024

Rusiya Prezidenti Vladimir Putin xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib ki, yalnız Rusiyanın tarixindən xəbərsiz olanlar və onun birliyinin gücünü anlamayanlar ölkəyə strateji məğlubiyyət yaşatmaq barədə illüziyalara qapıla bilərlər.

 

Putinin sözlərinə görə, Rusiya Yaxın Şərqdəki münaqişənin daha da gərginləşməsinin qarşısını almaq və böyük bir müharibənin qarşısını almaq üçün bütün səyləri göstərir.

 

Aşağıda Putinin əsas bəyanatları qeyd olunub:

 

Ukrayna və Qərbin yanlış yolu haqqında

Rusiyanın tarixini bilməyən və onun birliyinin gücünü anlamayanlar yalnız bu ölkəyə strateji məğlubiyyət yaşatmaq illüziyasına qapıla bilərlər. "Bir sıra Qərb dövlətlərinin ölkəmizə strateji məğlubiyyət yaşatmaq məqsədilə Ukrayna münaqişəsini gərginləşdirmək və uzatmaq istiqamətində götürdüyü düşmən mövqeyi ciddi bir yanlışlıqdır".

Rusiya Ukrayna ilə danışıqlara hazır olduğunu bildirir.

Rusiya, BRICS tərəfdaşlarının Ukrayna böhranını həll etməkdə səmimi istəklərini yüksək qiymətləndirir.

 

Əməkdaşlıq və sanksiyalar haqqında

 

Rusiya, istisnasız olaraq bütün ölkələrlə bərabər hüquqlar, daxili işlərə qarışmama və beynəlxalq hüquqa ciddi riayət prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığa açıqdır.

Moskva ədalətsiz rəqabətdən, qanunsuz birtərəfli sanksiyalardan və siyasi motivli məhdudiyyətlərdən azad ədalətli bir beynəlxalq iqtisadi münasibətlər sistemi qurulmasının tərəfdarıdır.

Rusiya qarşıdurma axtarmır və ümid edir ki, Avropa daha ağıllı və balanslı bir yanaşma qəbul edəcək.

 

Xarici siyasət haqqında

 

Rusiyanın xarici siyasəti, həm öz maraqlarını, həm də qlobal meylləri nəzərə alan konstruktiv bir yanaşmaya əsaslanır.

 

Yaxın Şərqdəki vəziyyət haqqında

 

Rusiya Yaxın Şərq münaqişəsinin böyük bir müharibəyə çevrilməsinin qarşısını almaq üçün bütün səyləri göstərir.

 

Ermənistan və Azərbaycan arasındakı münasibətlər haqqında

 

Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün mümkün olan hər şeyi edir ki, onlar sülh müqaviləsi imzalaya bilsinlər.

 

Mənbə: İtar-tass

Zəhra Məmmədova