Əgər ovuclarda düşürsə, biotin həll yolu ola bilər! Saç tökülməsinə qarşı təəccüblü təsir...
Bölmə: Maraqlı › ,Tarix: 18:48 06.11.2024
Sağlam saçlar görünüşümüzə müsbət təsir etsə də, saç tökülməsi bir çox insanın qarşılaşdığı problem olaraq önə çıxır. Son illərdə biotin saç tökülməsinə qarşı həll yolu olaraq diqqət çəkən vitaminlərdən biri olmuşdur. Bəs, biotin həqiqətən saç tökülməsinə qarşı təsirlidirmi və ondan necə istifadə edilməlidir?
B7 vitamini olaraq da bilinən biotin, bədəndə təbii olaraq meydana gələn bir B vitamini növüdür. Bu vitamin hüceyrələrə enerji istehsal etməyə və dəri, saç və dırnaqlar kimi keratin istehsal edən strukturlar üçün vacib olan zülalları sintez etməyə kömək edir.
Saçların sağlamlığına və möhkəmliyinə qatqı təmin etdiyi bilinən biotin, xüsusilə çatışmamazlıq halında saç tökülməsinə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, əgər saç tökülməsi probleminin əsas səbəbi biotin çatışmazlığıdırsa, biotin əlavələrinin qəbulu saç tökülməsini azalda və saç köklərinin güclənməsinə dəstək verə bilər.
Bununla belə, saç tökülməsinin müxtəlif səbəbləri olduğundan, tək başına biotin qəbulu bütün hallarda təsirli olmaya bilər.
Buna görə də saç tökülməsinin səbəbi mütəxəssis tərəfindən müəyyən edilməli və lazım gəldikdə əlavə proqram təşkil edilməlidir.
Həmçinin, biotin əlavələri bəzi qan testlərinin nəticələrinə təsir göstərə bilər, buna görə də testdən əvvəl həkimə müraciət etmək vacibdir.
Nəticə etibarı ilə biotin saç sağlamlığına töhfə verən mühüm vitamindir və müntəzəm və düzgün dozada istifadə edildikdə saç tökülməsi problemini azalda bilər.
Bununla belə, saç tökülməsinin əsas səbəbini anlamaq və hərtərəfli həll planı hazırlamaq bu cür problemlərlə mübarizənin ən təsirli yolu kimi önə çıxır.
Mənbə: Pembenar
Kəmalə Vəliyeva