Türk Dövlətləri Başçılarının 11-ci Zirvə görüşü keçirilir
Bölmə: Siyasət › ,Tarix: 21:53 06.11.2024
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 5-də Türk dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğızıstan Respublikasına səfərə gedib.
Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri -Prezident Adminsrtrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.
Bu görüşün Azərbaycan və digər türk dövlətləri üçün əhəmiyyəti nələrdir?
Bu barədə psixoloq Tural Rzayev "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının mühüm üzvüdür:
"Ən asası Anadolu türklüyü ilə Mərkəzi Asiya türklüyü arasında qovşağ rolunu oynuyur. Nəzərə alınmalıdır ki, Cənubi Qafqaz türkləri 70 il Sovet hakimiyyəti altında oldu. Anadolu türklərindən fərqli bir inkişaf yolu keçdi.Artıq 20-ci əsrin 90-cı illərindən sonra Prezident Heydər Əliyev və İlham Əliyevin dövründə bu münasibətlərə diqqət artırıldı. Anadolu türkləri ilə Mərkəzi Asiya türkləri arasında bağı məhz Azərbaycan yaratdı. Bu baxımdan bizim türk dövlətləri arasında yerimiz çox fərqlidir. Türk Dövlətləri Sammitində İlham Əliyevin çıxışı, qarşılanması, ona olan hörmət ölkəmizə verilən qiymətin göstəricisidir.
Bu dəfəki görüşdə də mühüm məsələlərin olması ehtimal ediləndir.Ticarət,logistika,təhsil,ortaq dil və yazı kimi məsələlərdə ortaq qərarlar qəbul edilir".
Politoloqun sözlərinə görə, reallıq ondan ibarətdir ki, beynəlxalq sferada türk dövlətlərinə ayrılan pay var:
"Bu payda bu coğrafiyada yeni blokun yaradılmasıdır.
Bu layihə gələcəkdə formalaşaraq güc mərkəzi halına gələ bilər. Hazırda güc mərkəzi kontekstində də bu məsələ müzakirə edilir".
Fidan Fərhadlı