Mağazada müştəri mala ziyan vurursa məsuliyyəti kim daşıyır ?
Bölmə: Sosial › ,Tarix: 17:54 15.11.2024
Mağazada və ya başqa satış məntəqələrində müştəri səhvən mala zərər vurduqda ödəniş etməkdən boyun qaçırır.
Bəs vurulan zərərin əvəzini kim ödəməlidir ?
Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, müştəri vurduğu zərərin əvəzini ödəməlidir:
"Əgər, ödəmirsə, satış məntəqəsi onu məhkəməyə verə bilər və vurulan zərərin əvəzini məhkəmə yolu ilə tələb edə bilər. Məsələn, müştəri mağazaya girib, mala ziyan vurdu. Təsadüfən, əli dəydi, düşdü, sındı, həmin malı mağaza sahibi başqasına sata bilməyəcək. Bu halda mağazanın işçiləri vətəndaşdan tələb edirlər ki, vurulan zərərin əvəzini ödəsin".
Hüquqşünasın sözlərinə görə, mal sındısa, qırıldısa və yararsız vəziyyətdədirsə tam pulu müştəri ödəməlidir:
"İmtina etsə, mağazalarda, kamera olduğu üçün mağaza sahibi məhkəməyə verib, vurulan zərərin əvəzini tələb edəcək. Məhkəmə də, həm malın zərərini, həm də vəkilə çəkilən xərclər vətəndaşdan tələb oluna bilər. Ona görə də, vətəndaş əgər, doğurdan da, bunu edibsə, pulunu ödəməlidir".
Nigar Səmədli