Daun Sindromu və Psixoloji Dəstək

Bölmə: Sosial › ,
Tarix: 20:30 21.11.2024

Daun sindromu, genetiki bir vəziyyət olmaqla yanaşı, yalnız fiziki inkişafı deyil, həm də psixoloji və sosial inkişafı əhatə edən bir xəstəlikdir. Bu sindromla doğulan uşaqlar və böyüyən şəxslər, xüsusi diqqət və dəstəyə ehtiyac duyurlar. Psixoloji dəstək, Daun sindromlu insanların həm özünə inamını artırmaq, həm də sosial inteqrasiyalarını asanlaşdırmaq üçün mühüm rol oynayır.

 

Daun sindromlu uşaqların psixoloji inkişafında hansı çətinliklər və fərqlər müşahidə olunur?

 

Məsələ ilə bağlı psixoloq Roza Kazımlı “İnformator.az”a açıqlamasında bildirib ki, digər insanlar kimi bu cür uşaqlarda da hər hansısa bir özgüvən problemi yaşana bilər:

 

" Daun sindromlu uşaqların əsasəndə, ağır formasında ümumi psixoloji problem daha çox psixo- emosional fonda görünür. Ağır formalarında həm böyük matorika , həm kiçik matorika ,həm sosial bacarıqlar, həm ümumi inkişafın, həm də nitqində ümumi lənglik və gerilik olur. Belə uşaqlarda əqli gerilik və digər problemlər müşahidə oluna bilər və əsas da inkişafına mane problemlər ola bilər. Məsələn, diqqət əskikliyi ola bilər, hiperaktivlik və ümumi inkişafda gerilik, əqli gerilik və s".

 

Psixoloqun sözlərinə görə, inteqrasiya üçün təbii ki, psixoloji dəstək vacibdir:

 

"Alternativ olan hər hansı problemlərin korreksiyasında və eyni zamanda psixo-emasional inkişaf bu uşaqlarda daha yaxşı getdiyi üçün onlar hər hansısa bir incəsənət yönündə şəxsi bacarıqlarını göstərə bilirlər və hansısa bir işdə də özlərini inkişaf elətdirə bilirlər, uğurlu nəticələr əldə edirlər.

Bu daha çox cəmiyyətin basqısı və yaxud da, hansısa bir qınaq onlarda sosial fobia əlamətləri yarada bilər. İnsan öz tələbatlarını və öhdəliklərini bilib onu icra etdiyi halda hər hansısa bir problem yaşayıbsa və bunları vaxtı vaxtında yerinə yetirə bilirsə cəmiyyətdə düzgün şəkildə qəbul olunursa və ailəsindən,ətrafından tərif eşidirsə, özgüvən sağlam şəkildə formalaşır. Əks halda digər insanlar kimi bu uşaqlarda da özgüvən problemi yaşana bilər. Bunun üçün də təbii ki, özləri üzərində və ailələri də bu cür uşaqların üzərində işləyərək potensiallarını üzə çıxarda bilərlər".

 

Aytac Mustafayeva