Pəhrizin xəstəliklərə qarşı mübarizədə rolu
Bölmə: Sosial › ,Tarix: 19:10 16.11.2024
Pəhrizi müşahidə edərək, metabolik prosesləri asanlıqla normallaşdırmaq, immunitet sistemini gücləndirmək, həzm sistemini sabitləşdirmək və rifahı yaxşılaşdırmaq olar.
Bəs pəhrizlər kimlər üçün nəzərdə tutulur?
Mövzu ilə bağlı həkim dietoloq və diet kitabının müəllifi Leyla Zülfüqarlı "informator.az"a açıqlamasında pəhrizin elə xəstəliklərdən müalicə olunmaq üçün bir həyat tərzi olduğunu bildirib:
"Yəni pəhriz beynəlxalq dildə dieta adlanır və dieta da yunan dilindən tərcümədə həyat tərzi deməkdir. Şəkərli diabet, metobalik xəstəliklər, zob, oynaq hərəkət sisteminin xəstəlikləri, ürək qan-damar xəstəlikləri və s. hamısında biz yanlış qidaları aradan çıxarıb doğru qidalanmağa keçid etməklə bunun müalicəsini tərtib edirik".
Dietoloqun sözlərinə görə, arıqlamaq və kökəlmək üçün olan müxtəlif pəhrizlər mövcuddur:
"Bunların bazası bir nöqtəyə söykənir. Bu da onların hamısının müalicəvi xarakter daşıdığının sübutudur. Pəhrizlər uşaqlar, hamilələr, autizm xəstəliyi və s.olanlar üçün nəzərdə tutulur. Eyni zamanda immunitet sistemini gücləndirir. Bütün xroniki xəstəliklərin müalicəsində, yaşlanmanın qarşısını almaq üçün və daha uzun ömür yaşamaq üçün pəhriz ən vacib məsələ hesab olunur",-deyə o, fikirlərini yekunlaşdırıb.
Sevinc Zeynalova