Maqnezium orqanizmin üçün lazım olan vacib minerallardan biridir

Bölmə: Sosial › ,
Tarix: 19:35 16.11.2024

Bəzi vitaminlər və minerallar birlikdə istehlak edildikdə bədənimizə zərər verə bilər. Şüursuz istehlak sağlamlığınızı riskə ata bilər. Bu vitaminləri maqneziumla birlikdə qəbul etdikdə onların bütün təsiri sıfırlanır. Maqnezium əlavələri orqanizmin öz funksiyalarını daha dəqiq yerinə yetirməsi üçün faydalıdır. Digər vitamin əlavələrindən istifadə də çatışmazlığı aradan qaldırmaq və immunitet sistemini gücləndirmək baxımından sağlamdır. Ancaq bəzi vitamin və mineralları birlikdə qəbul etdiyiniz zaman, onlar xeyirdən çox zərər verə bilər. 

 

Maqnezium əzələlərin düzgün yığılması və rahatlaması üçün vacibdir. Çatışmazlıq halında əzələ sərtliyi, kramp və ağrı kimi şikayətlər arta bilər. Xüsusilə idmançılar və ya müntəzəm olaraq idman edənlər əzələ daralmasının qarşısını almaq üçün maqnezium əlavələrinə üstünlük verirlər.

 

İstifadə etdiyiniz əlavələrin eyni vaxtda qarşılıqlı təsiri əzələ kramplarına, yorğunluğa, ağrıya və yuxu pozğunluğuna səbəb ola bilər.

 

Bu prosesdə əlavələrdən istifadə edərək enerjili olacağınızı düşünsəniz də, daha pis bir sağlamlıq probleminə sürüklənə bilərsiniz. Mənfi reaksiyaların qarşısını almaq üçün mütəxəssis məsləhətlərini dinləmək faydalıdır. Bədənə qəbul edilən yüksək sink səviyyələri digər mineralların tarazlığını poza bilər. Bu vəziyyətdən təsirlənən ən əhəmiyyətli minerallar mis və maqneziumdur. Həddindən artıq sink, mis çatışmazlığına səbəb ola bilər. Nəticə maqnezium balansına təsir göstərə bilər. Buna görə də, maqnezium qəbul edərkən sink əlavələrini məhdudlaşdırmaq lazım ola bilər.

 

Mənbə: Pembe Nar 

Nigar Səmədli