"Global Media Group" jurnalistlər üçün xüsusi təlim keçirib
Bölmə: Sosial › ,Tarix: 21:48 16.11.2024
COP29 konfransının mavi zonasında "Global Media Group" jurnalistlər üçün xüsusi təlim keçirib.Tədbir, jurnalistlərin cəmiyyətin məlumatlandırılmasında daha aktiv və məsuliyyətli olmaları üçün vacib bir addım hesab edilir.
Bəs COP29 konfransının mavi zonasında keçirilən təlimin əsas mövzusu nə olub?
Məsələ ilə bağlı media eksperti Hacıbəy Heydərli "İnformator.az" saytına açıqlamasında bildirib ki, COP29 çərçivəsində mavi zonada "Global Media Group" jurnalistlər üçün keçirdiyi bu təlim çox önəmlidir:
"Son dövrlərdə sosial şəbəkələrdə dezinformasiya, "fake news"a tez-tez rast gəlirik. "Global Media Group" özünü dünyada qərəzsiz, obyektiv tanıdır. Bu qrupa aid olan çox böyük televiziya kanalları, informasiya agentliklərinə etimad yaradıb.
"Global Media Group"da bu təlimin keçirilməsində əsas məqsəd həmin məlumatların səhv olduğuna və peşəkar jurnalistlərin xəbərləri düzgün işıqlandırmasına yardımçı olmaqdan ibarətdir. Bu təlimin jurnalistlərin cəmiyyətə məlumat çatdırmasında xüsusi önəmi var".
Ekspertin sözlərinə görə, Azərbaycan mətbuatı istər COP29-dan əvvəl, istər COP29 günlərində gündəmin işıqlanmasında obyektiv rol oynadı:
" COP29 günlərində Azərbaycan Mediası bu sınaqdan üzüağ çıxmağı bacardı.
"Global Media Group"da bu təşəbbüsü dəstəklənməlidir. COP29-a gələn 50 mindən çox qonaq Azərbaycan mediasının gücünü göstərdi.
Vacibdir ki, bundan sonra sadəcə "Global Media Group" deyil, həm də digər nüfuzlu xəbər agentlikləri, televiziyalar da aktiv şəkildə iştirak etsin".
Fidan Fərhadlı