Abxaziyada müxalifət və hakimiyyət danışıqlara fasilə verib
Bölmə: Dünya › ,Tarix: 23:46 18.11.2024
Abxaziyada hakimiyyət və müxalifət siyasi böhranın həlli üçün danışıqlara fasilə vermək qərarına gəliblər.
Bu barədə "İnformator.az" Lenta.ru-a istinadən xəbər verir.
Qeyd olunur ki, tərəflər mövcud vəziyyətdən çıxış yolu ilə bağlı baxışlarını bir-birlərinə izah ediblər və qısa fasilədən sonra danışıqlar prosesini bərpa etməyə razılaşıblar.
Bazar ertəsi, noyabrın 18-də respublika parlamentinin spikeri Laşa Aşuba müxalifətlə hökumət arasında birbaşa danışıqların aparılacağını bəyan edib. Onun sözlərinə görə, hakimiyyət artıq müxalif siyasətçilərlə bir sıra görüşlər keçirib və bəzi sahələrdə kompromis əldə edib.
Bundan əvvəl məlum olub ki, Abxaziya prezidenti Aslan Bjaniya Təhlükəsizlik Şurasına respublikada müxalifətin etirazları nəticəsində yaranan gərgin vəziyyət fonunda qanunsuz hərəkətlərə qarşı mübarizə aparmağı tapşırıb.
Banuçiçək Kalbalıyeva