Sergio Ramosun yeni məkanı

Bölmə: İdman › ,
Tarix: 20:14 07.02.2025

Futbolçu karyerasına başladığı “Sevilla” klubunda çıxış edən Sergio Ramosun yeni komandası bəlli olub. 38 yaşlı ispan müdafiəçi Meksika Liqası təmsilçilərindən “Monterrey” ilə razılığa gəlib.

 

İspan müdafiəçi Sergio Ramos “Monterrey” klubu ilə 1 illik müqavilə imzalayıb.

 

“Monterrey” klubu transferi “Rayados-a xoş gəldin, Sergio Ramos” başlığı ilə elan edib.

 

Klubun açıqlamasında deyilir: “Sergionun Monterreyə gəlişi, futbolçunun karyerası, uğurları və dünya miqyasında tanınması nəzərə alındıqda, klub tarixində misli görünməmiş bir hadisədir”.

 

Sergio Ramos keçən mövsümün sonunda Sevilladan ayrıldıqdan sonra heç bir komanda ilə razılığa gəlməmişdi.

 

Karyerasında ilk dəfə Avropadan kənarda oynayacaq olan 38 yaşlı Ramos, indiyə qədər çıxdığı 816 oyunda 117 qol vurub və 42 asist edib.

 

Mənbə: TRT Spor

Aytac Mustafayeva