“Zəlzələdə həyatını itirən bir uşaq üçün 17 nömrəni seçdim”

Bölmə: İdman › ,
Tarix: 20:11 07.02.2025

Galatasaraydan İtaliya Serie A təmsilçisi Fiorentinaya kiralanan Nicolo Zaniolo, imza mərasimində diqqət çəkən açıqlamalar verib.

 

Forma nömrəsi seçimi ilə bağlı danışan italyan futbolçu, “Galatasarayda da 17 nömrəli forma geyinirdim. Türkiyədəki zəlzələdə həyatını itirən bir uşaq üçün Fiorentinada da 17 nömrəni seçdim. Atasına söz vermişdim”,- deyə bildirib.

 

Mənbə: beinsports

Aytac Mustafayeva