Şüuraltı qorxular - səbəbləri və həlli yolları nələrdir?
Bölmə: Sosial › ,Tarix: 15:16 20.11.2024
Bildiyimiz kimi, şüuraltı qorxular insanın gündəlik davranışlarına və qərarlarına təsir edə bilir.
Bəs bu qorxular iş həyatında və şəxsi münasibətlərdə hansı problemlərə səbəb ola bilər?
Mövzu ilə bağlı psixoloq Elmir Əkbər "informator.az"a açıqlamasında şüuraltı qorxuların spesifik mənada psixoanalizdə müəyyən olduğunu bildirib:
" Bir insan liftdən və ya metrodan qorxduğunu şüuraltı olaraq bilir. Lakin ailə qurmaqdan qorxduğunu bilmir. Hətta bu iş həyatında da öz təsirini göstərir ".
Psixoloq, uşaqlıq travmalarının da şüuraltı qorxuya səbəb ola biləcəyini vurğulayıb:
" Uşaq vaxtı valideynin övladını başqa uşaqla müqaisə etməsi, ailədə boşanma hadisəsi və ya indiki dövrümüzdə geniş yayılan separasiya şüuraltı qorxu ilə bağlıdır".
O, həmçinin şüuraltı qorxuların azaldılması və ya aradan qaldırılmasının yollarını da açıqlayıb:
" Şüuraltı qorxular zamanı heç bir dərman kömək etmir. Bu zaman bizə məhz analatik psixoterapiya kömək edir. Bununla biz şüuraltı qorxuları azalda və hətta daha az təsiri altında ola bilərik"-deyə o, fikirlərini yekunlaşdırıb.
Aydan Talıblı