ABŞ Prezidenti Ukraynaya piyada əleyhinə minaların verilməsinə razılıq verib
Bölmə: Dünya › ,Tarix: 19:56 20.11.2024
ABŞ müdafiə rəsmisinin BBC-yə verdiyi məlumata görə, bu qərar Ukraynanın şərqində irəliləyən Rusiya qoşunlarını yavaşlatmaq cəhdi kimi qiymətləndirilib.
Adının açıqlanmasını istəməyən məmur, minaların tezliklə təhvil veriləcəyini və Vaşinqtonun onların yalnız Ukrayna ərazisində istifadə olunacağını gözlədiyini bildirib. O qeyd edib ki, Ukrayna əhalinin sıx yaşadığı ərazilərdə minalardan istifadə etməmək öhdəliyi götürüb.
Bundan əlavə, ABŞ Dövlət Departamenti, "noyabrın 20-də potensial əhəmiyyətli hava hücumu barədə konkret məlumat alındıqdan sonra" Kiyevdəki səfirliyini müvəqqəti bağlamaq qərarına gəldiyini açıqlayıb.
Mənbə: Bbc news
Ayşən Muradova