"Antibiotiklərdən lazımından artıq istifadə etməyin"

Bölmə: Sosial › ,
Tarix: 20:44 22.11.2024

Mütəxəssislər antibiotiklərdən çox qısa və ya çox uzun müddət istifadənin ümumi səhvlərdən biri olduğunu qeyd edirlər.

Eskişehir Osmangazi Universiteti (ESOGÜ) Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Elif Doyuk Kartal, antibiotiklərin lazım olduğundan daha qısa və ya uzun müddət istifadə edilməsinin ümumi səhv olduğunu ifadə etdi.

 

Ümumdünya Mikrob Müqaviməti (AMD) Maarifləndirmə Həftəsi” münasibəti ilə məlumatlandırıcı açıqlama verən Kartal, antimikrobiyal dərmanların bakteriya, virus və göbələk başda olmaqla hər cür mikroorqanizmlərin müalicə məqsədi ilə istifadə edildiyini, lakin həssaslıq səviyyəsinə təsir edən müxtəlif səbəblərdən zaman keçdikcə antimikrob müqavimətinin yarana biləcəyini izah etdi.

 

AMD-nin təkcə insan sağlamlığı sektoru ilə bağlı bir məsələ olmadığını, eyni zamanda heyvan sağlamlığı, qida istehsalı və ətraf mühitə də əhəmiyyətli təsirləri olduğunu ifadə edən Kartal,

"Dərmana davamlı patogenlər hər yerdə hər kəs üçün təhlükə yarada bilər. Antimikroblara davamlı faktorlar təsir edir.  Bakteriyalar dünyanın hər yerində hərəkətdə olurlar, müqavimətlərini bir-birinə köçürərək təbiətdə davamlı olaraq müqavimət genlərinin yığılmasına səbəb olurlar".

 

Mənbə: Ahaber 

Mehriban Nəsibova