Təbii formada etdikdə zədələnmir!
Bölmə: Maraqlı › ,Tarix: 20:08 22.11.2024
Qaşlar üz ifadəmizi aydın edən ən vacib elementlərdən biridir. Ancaq qaşları formalaşdırmaq üçün istifadə edilən kimyəvi məhsullar və qalıcı üsullar zamanla təbii görünüşünü itirə bilər.
Kastor yağı qaşların tüklərini gücləndirmək və qalınlaşdırmaq üçün illərdir istifadə edilən təsirli bir üsuldur.
Hər gecə yatmazdan əvvəl qaşlarınıza bir neçə damcı gənəgərçək yağı çəkib yumşaq bir şəkildə masaj edərək daha dolğun və kəskin qaşlara sahib ola bilərsiniz.
Aloe vera geli qaş köklərini nəmləndirir və qidalandırır. Aloe vera yarpağından əldə edilən geli qaşlarınıza sürtməklə həm təbii parıltı əlavə edə, həm də qaşların formalaşdırılmasını asanlaşdıra bilərsiniz.
Zeytun yağı tərkibindəki E vitamini sayəsində qaşların daha sürətli və sağlam uzanmasını dəstəkləyir. Həftədə bir neçə dəfə qaşlarınızı zeytun yağı ilə masaj edərək nizamlı bir qulluq rejimi yarada bilərsiniz.
Forma verməzdən əvvəl yüngülcə yağ çəkərək təbii görünüş əldə edə bilərsiniz.
Mənbə: Pembe nar
Kəmalə Vəliyeva