"Ədəbiyyat insan ruhunun qidasıdır" -Səma Muğanna
Bölmə: Sosial › ,Tarix: 20:11 22.11.2024
"Ədəbiyyat cəmiyyətin inkişafında və fərdlərin mənəvi formalaşmasında mühüm rol oynayan bir vasitədir".
Bu sözləri "İnformator.az"a açıqlamasında yazıçı Səma Muğanna deyib.
Onun sözlərinə görə, kitabların insan həyatında rolu əvəzolunmazdır:
“Kitablar cəmiyyətdə böyük bir rol oynayır. Kitablar yer kürəsində insanlar üçün bir mərtəbədir. İnsanlar həmin o mərtəbələri qalxdıqca nəinki uğura çatır, həmçinin özlərini tanıyır və daxili dünyalarını inkişaf etdirirlər. Kitabların hər janrının bir mənası, bir açarı var. Həmin o açarı tapmaq üçün müəllif oxucunun əlinə sadəcə bir sual verir. Əslində bu bizim kitabda axtardıqlarımız suallardır. Biz o suallarla bərabər təkminləşirik. Çünki hər oxucunun, hər insanın baxış bucağı fərqlidir".
Yazıçı kitabların insan psixologiyasına böyük təsir göstərdiyini qeyd edib:
“İnsan psixologiyasını müsbət dəyişməkdə, problemləri həll etməkdə kitabların rolu böyükdür. Hər bir kitab mövzusuna görə insanda müxtəlif emosiyalar yaradır. Bu emosiyaların əksəriyyəti insanı başqa cür düşünməyə vadar edərək kitab oxumağa şövq edir. Onun üçün də ədəbiyyat insanın zehni ilə qəlbinin birləşdiyi bağdır. Gənclərimizin ədəbiyyatla əlaqəsi hazırda çox zəifdir. Demək olar ki, mütaliə yoxdur. Ədəbiyyatla maraqlanmayan gənclər özlərini ifadə edə bilmirlər, sosiallaşmada çətinliklər yaşayırlar. Ədəbiyyat təhsil və insan mənəviyyatının formalaşmasında ən mühüm faktordur. Gənclərə tövsiyəm odur ki, ədəbiyyatı sevsinlər. Sevsinlər ki, o onları keşməkeşli yollardan daim çıxartsın",-deyə o, fikirlərini yekunlaşdırıb.
Xanım Ağamalıyeva
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.