İçməli su mənbələri  lazımınca qorunurmu ?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 21:20 22.11.2024

Dünyadakı suyun təxminən 97,5%-i duzlu, 2,5%-i təmiz sudur. Təəssüf ki, bunun yalnız 0,3%-i içməli su kimi istifadə edilə biləcək vəziyyətdədir.

Bəs içməli su mənbələri  lazımınca qorunurmu ?

Mövzu ilə bağlı “informator.az”a açıqlamasında ekoloq Qorxmaz İbrahimli təbii bulaqların, çeşmələrin, dağlardakı buzlaqların qorunmağa ehtiyacı olmadığını, dağdakı əriyən qarın torpaq və qayalar vasitəsi ilə aşağı bulaqlara su ehtiyatı yaratdığını söyləyib.

Eyni zamanda ekoloq digər içməli su mənbələrinin isə lazımınca qorunduğunu bildirib:

“Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlərin, böyük yaşayış yerlərinə verilən su xəttləri qorunmalıdır. Şollar suyu, Kür çayından gələn su, Oğuz, Qəbələ xətti ilə gələn su və Bakının ən böyük içməli su mənbəyi olan Ceyranbatan su anbarı çox ciddi şəkildə qorunur. Məsələn, Kür çayından gələn sular su arıtma sistemi ilə və müəyyən maddələr ilə təmizlənir. Nəticədə, su boruya gedir və bundan sonra təhlükəsiz şəraitdə qalır".

Fidan Xəlilova