"Ritualların heç bir elmi əsası yoxdur.."-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 23:36 22.11.2024
Müasir dövrdə bir çox insan ritualdan istifadə edir.
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova "İnformator.az"a açıqlamasında, Acces Bars, Thetahealing və ritualların heç bir elmi əsası olmadığını bildirib.
Psixoloq Thetahealingdə bir xanımın özünü xərçəngdən sağaldıb sonra belə bir terapiya formalaşdırdığını deyərək bunun insanlara terapiya üsulu kimi tətbiq edilməsindən danışıb:
"Bu terapiya üsulu çox qəribədir. Yaşam koçları heç bir təhsili olmadan, bu sahəyə aid olmadan özlərini psixoloq adlandırırlar. Təbii ki, buna hələki nəzarət edən orqan yoxdur. İnsan nəyə inanırsa o reallaşır".
Psixoloq insanın üç düşüncə tərzinin- pessimist, optimist, realist olduğunu vurğulayıb:
"Pessimist insanların gələcəyə, özünə inamı olmur. Onlar ancaq pis düşünürlər, keçmişlə yaşayırlar. Optimist insanlar isə hər zaman hər şeyin gözəl olacağına inanır və reallaşdırır. İnsanlar ritualları bəzən inanaraq edir deyə bunlar reallaşır, amma bunların heç birinin elmi əsası yoxdur".
Fatimə Məmmədova