Ədalət və qanun- Qanun həmişə ədaləti təmin edirmi?

Bölmə: Sosial › ,
Tarix: 23:22 22.11.2024

Ədalət - bəşəriyyət yarandığı zamandan bu yana hər kəsin diqqətində olan məsələlərdən biridir. 

 

Bəs qanun həmişə ədaləti təmin edirmi?

 

Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov "İnformator.az"a açıqlamasında bildirib ki, qanun həmişə ədaləti təmin etmir. Yalnız Allahın ədaləti doğrudur:

 

"Xəyanəti bağışlayırlar, lakin yalan danışdıqda o şəxsə qarşı çox böyük bir qınaq yaranır ki, necə yalan danışa bilir? Azərbaycanda vulqarizmli ifadələr ciddi təhqir hesab edilir, hətta cinayətə də səbəb ola bilər. Bunun əksinə yalana qarşı çox ciddi münasibət bəslənilmir və ona adi hal kimi baxılır".

 

Hüquqşünas Almaniyada vulqar ifadələrin zarafat olaraq qəbul edildiyini, ciddi narahatlığa səbəb olmadığını, yalan danışan şəxsə isə ciddi münasibət olduğunu bildirib:

 

"Xəyanətə görə bizdə cərimə yoxdur. Xəyanət edib boşandıqda da, əmlak bölgüsündə fərq olmur, lakin bu ədalətsizlikdir. Bu səbəbdən mənim bununla bağlı konkret mövqeyim var ki, ədalət yalnız Allah və onun qoyduğu qanunlardır. Bizim öz nəfsimizə, ağlımıza görə yazdığımız qanunların əksəriyyəti ədalətli ola bilər, təbii ki, hamısının olması mümkün deyil".

 

Aydan Quliyeva