Zehni sağlamlıq və onun qorunması…

Bölmə: Sosial › ,
Tarix: 15:16 03.12.2024

Zehni sağlamlıq insanın ümumi rifahının əsas komponentlərindən biridir. Onu qorumaq çox önəmlidir. Zehni sağlamlıqda yaranan problemlərin bir çox səbəbi var.

 

Mövzu ilə bağlı psixoloq Almara Ağaqızı açıqlamasında bildirib ki, bioloji faktorlar:Genetik meyillər, beyin kimyasında dəyişikliklər və ya hormonal balanssızlıq:

 

"Sonra da ətraf mühit təsirləri:maddi problemlər, məişət zorakılığı və travmatik hadisələr deyərdim. Uşaqlıq dövründə yaşanan hadisələr zehni sağlamlığa böyük təsir göstərə bilər. Travma: Fiziki və ya emosional zorakılıq, valideyn itkisi və ya ailə problemləri. Uşaqlıqda yaşanan mənfi təcrübələr psixi sağlamlıq problemlərinin yaranmasına zəmin yarada bilər".

 

Həmçinin bildirib ki, əsas risk qrupu stressli mühitdə yaşayan,genetik meyli olan şəxslərin zehni sağlamlığı zəifdir. Bərpa yolları da var. Ailə və dostlarla münasibətləri gücləndirmək, meditasiya və hobbilərlə məşğul olmaq, dərman müalicəsi və mütəxəssis dəstəyi almaq zehni sağlamlığı bərpa etmək üçün əliverişlidir.

 

Fidan Ağayeva