İsti dəsmalın saysız-hesabsız müalicəvi faydaları var..

Bölmə: Maraqlı › ,
Tarix: 22:09 03.12.2024

İsti dəsmal tətbiqi müxtəlif məqsədlər üçün istifadə edilə bilən ən rahatlaşdırıcı və faydalı üsullardan biridir. Bir dəsmalı qızdırıb dəriyə və ya bədənə sürtməklə həm fiziki, həm də psixoloji bir çox faydadan yararlana bilərsiniz. 

 

İsti dəsmal çəkmək rahatlaşdırıcı və müalicəvi effektlər verən, həm fiziki, həm də mənəvi cəhətdən faydalı olan bir təcrübədir. Əzələləri rahatlaşdıran, dəri baxımını dəstəkləyən, ağrıları aradan qaldıran və zehni rahatlama təmin edir. Bir çox fərqli sahədə istifadə edilə bilən tətbiq üçün nəzərə alınmalı bəzi məqamlar var.

 

 

Dərinizə tətbiq etməzdən əvvəl isti dəsmalın temperaturunu yoxlamaq vacibdir. Çünki həddindən artıq isti dəsmal dərinizə zərər verə bilər.

 

İsti dəsmal dərinin altındakı qan damarlarını genişləndirərək bölgəyə daha çox qan axını təmin edir. Bu, əzələlərin daha tez sağalmasına və rahatlamasına imkan verir.

 

Ağrıları olan bölgələrdən ağrını aradan qaldırıla bilər.

 

Dəri ilə isti dəsmal ilə təmasda olmaq beyinə rahatlama siqnalları göndərir və nəticədə stress və gərginliyi azaldır. Bundan əlavə, istilik serotonin kimi xoşbəxtlik hormonlarının salınmasını təşviq edir.

 

İsti dəsmal dərinin məsamələrini aça bilər ki, bu da kir və artıq yağların daha asan çıxarılmasına imkan verir. Bundan əlavə, dəriyə qulluq məhsullarının daha yaxşı udulmasında və effektivliyində mühüm rol oynayır. Yəni isti dəsmal tətbiqi dəri sağlamlığı üçün son dərəcə təsirli olur.

 

 

Mənbə: Pembe nar 

Nigar Səmədli