İnsult- ölüm statistikasına görə, ikinci yerdə olan xəstəlik
Bölmə: Sosial › ,Tarix: 22:47 03.12.2024
İnsult beyinə qan axının kəsilməsi və ya zəifləməsi nəticəsində yaranan ciddi vəziyyətdir. Bu, beynin zədələnməsinə səbəb olur, müalicə edilmədiyi təqdirdə həyati təhlükə yaradır.
Bəs insult necə yaranır?
Məsələ ilə bağlı, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin reanimatoloqu Mehdi Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, insult beyin qan dövranın pozulmasıdır:
“ İnsult şəkərli diabet, arterial hipertoniya, müxtəlif növ aritmiyalar, ürəyin işemik xəstəliyi, müxtəlif qan xəstəlikləri, siqaret istifadəsi, alkoqol qəbulu, piylənmə, passiv həyat tərzi kimi səbəblərdən yaranır. İnsultun iki növü var: hemorragik insult və işemik insult.
Hemorragik insult, beyin qan damarlarının serebral artileriyalarının partlaması nəticəsində qanın intrakranial sahəsinə qan sızması nəticəsində baş verən insult növüdür. Hemorragik insult intreventipulyar, intreserebral, subaraxnadial olaraq qanaması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. Hemorragik insultun yoxlanma tezliyi 15-20 faizdir. İşemik insult beyin qan dövranının kəskin pozulması, yəni beyin qan damarlarının kəskin tıxanması yaxud, kəskin daralması fonunda rast gəlinən insult növüdür. İşemik insultun yoxlanma tezliyi 80-85 faizdir.
Bəzən intreserebral hemorragik beyin infaktı sahəsində inkişaf edir, yəni işemik insultdan sonra hemorragik transformasiya baş verir, bəzən isə mürəkkəb insult qarışıq olur: eyni anda həm işemik, həm də hemorragik insult olur və iki növ insulta da rastlanır”.
Həkimin sözlərinə görə, xəstənin huşunun itməsi, gücün olmaması, ağız bucağının əyilməsi, tarazlığın pozulması insultun əsas əlamətləridir:
“ Xəstədə bu əlamətləri müşahidə edərkən, dərhal həkimə müraciət edilməlidir. İnsultun müalicəsi isə ən qısa zamanda aparılmalıdır, çünki beyin qan damarlarının zədələnməsi nəticəsində beyin toxumasında baş verən zədələnmələr qalıcı ola bilər. Bu ölüm, yaxud qalıcı nevroloji defisitə, əlilliyə gətirib çıxara bilər. Aparılan müalicələr həm dərman müalicəsindən, həm də damar daxili müdaxilədən və ya hemorragik insultlarda, beynin hər hansı bir hissəsinə qan toplanarsa, cərrahi əməliyyat vasitəsilə trepanasiya olunaraq müalicə oluna bilər. Damar daxili müdaxilə, intrevinyus laxtanı həll edən dərman müalicəsidir, bu trombozisdir, yəni ilk 4-5 saat ərzində damar daxili müdaxilələrdən ibarətdir. Dərman müalicəsi isə antikarbolant dərmanlardan ibarətdir və uzunmüddətli bərpa terapiyası fizio və reabilitasiya terapiyalarından ibarət olur”.
Nərmin Həşimova