Fibromyalgia nədir?
Bölmə: Sosial › ,Tarix: 22:04 03.12.2024
Daimi yorğunluq hissi, xroniki yayılmış əzələ ağrısı, konsentrasiyanın olmaması...
Həyat keyfiyyətini aşağı salan və insanın gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkməsinə səbəb olan fibromyalgia xüsusilə boyun, kürək və bel bölgəsinə yayılan ağrılarla özünü göstərir. Fiziki Müalicə və Reabilitasiya Mütəxəssisi Prof. Dr. Ece Aydoğ fibromyalgiada nəzərə alınması lazım olan 5 vacib məqamı açıqladı.
Fibromyalgia genetik faktorlar, çoxlu vitamin çatışmazlığı və hormonal dəyişikliklərlə baş verə bilsə də, gündəlik həyatda bəzi yanlış vərdişlər də xəstəliyə yol aça bilər və ya birbaşa ağrıya səbəb ola bilər. Xüsusilə, az yatmaq, həddən artıq idman etmək, siqaret çəkmək, fasilə vermədən bütün günü kompüter qarşısında masa arxasında işləmək, beli rahatlamamaq, rütubətli və soyuq mühitlərdə qalmaq, stressi idarə edə bilməmək və qeyri-sağlam qidalanma əsas səhvlərdir.
Xəstələrin daha çox boyun və bel ağrılarından şikayət etdiyini ifadə edən Prof. Dr. Ece Aydoğ deyir :
“Ağrılar bəzən alt və ya yuxarı beldə, bəzən bədənin sağ və ya sol yarısında, bəzən də bütün bədəndə hiss olunur. Pasientlərimiz ağrının tez-tez stresdən qaynaqlandığını bildirirlər və araşdırmalar göstərir ki, stress fibromyalgiaya səbəb olur".
“Stressin azaldılması, ən azından onu idarə etməyi öyrənmək, depressiya ilə mübarizə aparmaq və lazım gəldikdə mütəxəssis dəstəyi almaq bu ağrıların azalmasında mühüm rol oynayır”,-deyir.
Mənbə: Pembe nar
Nigar Səmədli