Xaricdə təhsil - Çətinlikləri və üstünlükləri

Bölmə: Sosial › ,
Tarix: 21:52 03.12.2024

Xarici təhsilin üstün tərəfləri və bununla paralel çətinlikləri var.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, üstünlük ondan ibarətdir ki, əgər biz dövlət proqramı ilə qəbul olmuşuqsa və nüfuzlu ali təhsil müəssəsidirsə, təbii ki, burada təhsil keyfiyyəti yüksək olacaq:

 

"Çətin tərəfləri isə odur ki, burada qalmaq, yaşam xərcləri və digərləri isə şəxsi mütləq qarşılanmalıdır, və ya dil bilikləri zəifdirsə, mütləq bu çətinliyi aradan qaldırmaq üçün əziyyət çəkməlidir ki, bu dil bilikləri qaydasında olsun və terminlərlə bağlı problem yaşamasın. Ölkələrə gəldikdə isə bilirik ki, Azərbaycan tələbələri daha çox qonşu ölkə olan Türkiyəyə axın edir, bu əsasən qeyri-leqal, bəzi hallarda isə leqal qəbuldur. Ümumilikdə dövlət proqramında ABŞ, Böyük Britaniya, Çin, Sinqapur, Yaponiya, Cənubi Koreya və digər ölkələrin universitetləri reytinq siyahısında əhəmiyyətli yer tutur. Təbii ki, bu dövlət proqramına qoşulan tələbələr üçün daha uyğundur. Lakin hər kəs dövlət proqramına qoşula bilmir, bunun üçün də müəyyən qədər çətinlik çəkmək lazımdır, xarici dil bilikləri yerində olmalıdır və həmin universitetə qəbul olmaq lazımdır".

 

Aydan Quliyeva