"Harry Potter" filmində nümayiş etdirilən qılıncın replikaları geri çağırılıb
Bölmə: Maraqlı › ,Tarix: 20:54 03.12.2024
Godric Gryffindor-un qılıncının tam ölçülü replikaları - uzunluğu 86 sm (34 düym) olan və taxta ekran lövhəsinə bərkidilmiş bu qılıncları Warner Bros. Studio Japan LLC 2023-cü ilin may ayından bu ilin aprel ayının sonuna qədər satıb.
Lakin yalnız noyabr ayında hakimiyyət orqanları şirkətə bu qılıncların kifayət qədər iti olduğunu və əsl qılınc kimi təsnif edilə biləcəyini bildiriblər.
Xəbərlərə görə, Godric Gryffindor-un qılıncının 350-dən çox replika nüsxəsi satılıb və hər biri 30,000 yenə ($200; £158) satılıb.
Bu qılınc, 2023-cü ildə Tokioda açılan və Asiyada ilk, dünyanın ən böyük qapalı "Harry Potter" attraksionu kimi təqdim edilən Warner Bros. Studio Tour Tokyo: The Making of Harry Potter turunda satılıb.
Warner Bros. Studios Japan LLC, qılıncla bağlı "Yaponiyada paylama problemi"ni qeyd edərək saytında geri çağırış elanı yayımlayıb və alıcıları "lazımi tədbirlər, o cümlədən logistik və geri qaytarma" üçün əlaqə saxlamağa çağırıb.
Yaponiyanın ciddi silah qanunlarına əsasən, uzunluğu 6 sm-dən (2 düym) çox olan bıçaqların daşınması qadağandır və bu qaydanı pozanlar iki ilədək həbs cəzası ala bilər. Kifayət qədər iti olduğu üçün odlu silah və qılınc nəzarət qanunu çərçivəsində qılınc kimi təsnif edilən replikaların hakimiyyət orqanlarında qeydiyyatdan keçməsi tələb olunur - əgər bu qılınclar təlim və ya dekorasiya məqsədi ilə nəzərdə tutulub itilənə bilmirsə, bu halda istisnalar tətbiq olunur.
Yaponiyada zorakılıq səviyyəsi çox aşağıdır, lakin bəzən silahlarla əlaqəli cinayətlər baş verir.
Ötən il Yokohamada 78 yaşlı bir kişi, qonşusu ilə mübahisə zamanı mərasim samuray qılıncı ilə ona hücum etdikdən sonra həbs olunub. 2017-ci ildə isə Tokiodakı bir məbəddə, üç nəfərin öldüyü hücumdan sonra samuray qılıncı və digər bıçaqlar aşkar edilib.
Mənbə: Bbc news
Nuray Qurbanlı