Dünyada hər yeddi gəncdən birində psixi sağlamlıq problemi var!

Bölmə: Sosial › ,
Tarix: 21:18 03.12.2024

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, dünyada hər yeddi gəncdən birində psixi sağlamlıq problemləri var.

 

Psixi sağlamlıq bütün dünyada, xüsusən də gənclər arasında getdikcə artan problemə çevrilir...

 

X-də psixi sağlamlıq problemləri ilə bağlı paylaşımında Qebreyesus dünyada hər 7 gəncdən 1-nin psixi sağlamlıq problemi olduğunu ifadə edərək, 15-29 yaş qrupunda intiharın 3-cü ölüm səbəbi olduğunu qeyd edib.

 

ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) təlimatları hər bir ölkənin uşaqlar və gənclər üçün psixi sağlamlıq xidmətlərinə çıxışı və keyfiyyətini yaxşılaşdırmaq üçün necə hərəkət edə biləcəyini göstərib. ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) rəhbərliyinin hər bir ölkənin psixi sağlamlıq xidmətlərinə çıxışı və uşaqlar, gənclər üçün qayğı keyfiyyətini yaxşılaşdırmaq üçün necə hərəkət edə biləcəyini göstərdiyini ifadə edən Qebreyesus, "İnanıram ki, bu təlimat ruhlandıra bilər",- qiymətləndirməsini etdi.

 

 

Mənbə: Ahaber 

Mehriban Nəsibova