Müəllim və şagird arasında balansın pozulmasında günahkar kimdir ?
Bölmə: Sosial › ,Tarix: 21:43 03.12.2024
Müəllim və şagird münasibətləri təhsil prosesinin mərkəzində dayanır və bu münasibətlər təhsilin keyfiyyətinə və inkişafına birbaşa təsir edir. Müəllim və şagird münasibətlərinin pozulması məktəb mühitində əhəmiyyətli bir məsələdir. Şagirdlərin məktəbə qarşı münasibəti, müəllimlərə münasibətlərinə əsasən formalaşır.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva "informator.az"a açıqlamasında bildirib ki, hər dövrdə müəllim-şagird münasibətləri mövcud olub:
“Təəssüflər olsun ki, indiki dövrdə bu münasibət yaxşı olmayacaq şəkildə aktual olur. Son zamanlar müəllimlər və şagirdlər arasında süni səmimilik yaranıb. Müəllim-şagird arasındakı balans düzgün şəkildə qoyulmalıdır. Hər bir şagird fərqli xüsusiyyətə malik fərddir. Şagirdlər bəzən müəllimlərə qarşı sərt və qeyri-etik davranışlar göstəririlər. Bəzi şagirdlər qəsdən müəllimlərin müəllimlik mənafeyinə toxunmağa cəhd edirlər. Əvvəlki dövrlərdən fərqli olaraq indiki dövrümüzdə müəllim-şagird münasibəti tamamilə ciddi şəkildə dəyişib".
Psixoloq qeyd edib ki, valideyinlərdə müəllim-şagird münasibətinə təsirsiz ötüşmür:
“Valideyinlər öz uşağlarını məktəb mühitində tam şəkildə məktəbin qayda- qanunlardan azad şəkildə tərbiyə edirlər. Bu isə çox böyük fəsadlara səbəb olur. Yalnız münasibətin balansının pozulmasında şagirdləri əsas günahkar saymaq doğru deyil. Bəzi müəllimlər var ki, şagirdlərə şagirdlərin içərisində və ya tək nalayiq ifadələr söyləyir və şagirdlərin psixologiyasına mənfi təsir buraxır. Bu zaman şagird öz hüququnu tam şəkildə tələb edə bilər. Müəllimin şagirdə qarşı zorakılığı qeydə alındığı zaman həmin anda müdriyyət müdaxilə etməlidir. Müəllimin heç bir halda digər şagirdlərin yanında başqa şagirdi alçatmaq və yaxud zorakılıq tətbiq etmək hüququ yoxdur. Bu zaman şagirdin akademik göstəriciləri aşağı düşə bilər. Şagirdin müəllimələrə qarşı münasibətində kəskin şəkildə dəyişiklik ola bilər. Müəllimlər şagirdlərlə münasibətinə ciddi diqqət yetirməlidir".
Məryəm Zaliyeva