Hüquq sistemində islahatlara ehtiyac var?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:48 09.12.2024

"Hüquq sisteminin mövcud vəziyyətinin islahatlara ehtiyacı var".

Bu sözləri "informator.az"a açıqlamasında hüquqşünas Tağı Hüseynov söyləyib. Onun sözlərinə görə, bizim qanunvericilik avropa qanunvericiliyinə uyğunlaşdırılıb:

"Buna görə də mental dəyərlər nəzərə alınmadan tətbiq olduğuna görə, bəzən ailə münasibəti  zəmində böyük problemlər və yaxud da bizim milli dəyərlərimizin nəzərə alınması zərurəti yaranır:

"Ailə məcəlləsi yalnız nikah pozulan zaman aktuallaşır. Yəni hər kəs o zaman ailə məcəlləsində hüququnu axtarmağa başlayır. Lakin evlənəndə ailənin idarə olunmasında ailə məcəlləsi ümumiyyətlə rol oynamır. Çünki ailə məcəllə ilə yox, milli və dini dəyərlər ilə idarə olunur.  Ona görə də bizdə ölkənin böyük əksəriyyəti müsəlman olsa da, qanunvericilik islam dininə aid olmadığına görə insanlar burda ziddiyyətlərlə rastlaşır. Bunun üçün də bəzi islahatlar keçirilməlidir. Əsasən də ailə münasibətlərinə görə bizdə islahatlara ehtiyac var".

Hüquqşünas beynəlxalq standartlara Azərbaycan hüquq sisteminin beynəlxalq standartlara tam uyğun olduğunu bildirib:

"Hətta bizdə onunla bağlı qanunvericilik aktları qəbul olunub. Xüsusilə aliment məsələlərində qanunvericilikdə islahat olunmalı, yenidən hesablamalar aparılmalı və aliment məsələsinə görə məsuliyyət hər iki valideyninin üzərinə qoyulmalıdır".

Aydan Quliyeva