Erkən yaşlarda kosmetik vasitələr hansı fəsadlara yol açır?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 21:22 09.12.2024

Son illərdə uşaqların kosmetikadan istifadə etməsi ən çox müzakirə olunan məslələrdən biridir. Bəzi valideynlər bu məsələyə diqqətsiz yanaşırlar.

Uşaqların kosmetikadan istifadə etməsi hansı xəstəliklərlə nəticələnə bilər?

Bu barədə “informator.az” a açıqlamasında həkim-kosmetoloq Gülər İbrahimova bildirib ki, uşaqların maraq dairəsi düzgün korreksiya olunmalıdır. Nəticədə belə hallarla az rastlaşarıq:

“Hazırda hər 10 uşaqdan 9-unda telefon, planşet var. Rahat sosial şəbəkələrə daxil olan onlar üçün lazımsız makeup videoları, lazımsız informasiyaları rahat izləyə bildikləri bir alan var. Bunu valideynlər yaradır. Uşaqlar erkən yaşlarda nəyin  doğru, nəyin onlar üçün yanlış olduğunu  eşitməklə deyil, gördüklərini təqlid etməklə həyata keçirirlər. Buna evdə analarının, əgər özlərindən  böyük bacıları varsa, onların makeup etməklərinə də  baxıb təqlid edə bilərlər”.

Kosmetoloqun sözlərinə görə, kiçik yaşlardan kosmetika istifadə etmək müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər:

“İlk növbədə uşaqları yanlış informasiyalardan qorumaq lazımdır. İkinci növbədə uşaqlar üçün  olan öz yaşlarına uyğun makeup vasitələri var, orqanizmə zərərləri  daha azdır. Onlardan valideynlər  düzgün seçim etməklə, 8-10 yaş üstü uşaqlar üçün istifadə edə bilərlər. Amma mütəmadi istifadə etmək olmaz. Kiçik yaşdan kosmetika istifadəsi uşaqlarda dermetit, müxtəlif dəri xəstəlikləri, allergik reaksiyalara gətirib çıxara bilər. Kosmetik vasitələrin tərkibində olan toz, qoxu, sprey vasitəsilə hava yolu ilə nefes yolundan çox ağır Allergik reaksiyalar, nəfəs  tutulmasi yarada bilər. Eyni zamanda ağır hallarda astmaya qədər gətirib çıxara bilər. Valideynlər  diqqətli olsunlar. Körpə, həmçinin erkən yaşlarda belə uşaqlara kosmetik vasitələrin istifadəsinə yol verməsinlər. Bu günün  sağlam körpəsi, yeniyetməsi sabahın sağlam dərili gözəl qadınıdır. Gözəlliyimizi məhz elə özümüz qoruyub saxlayaq”.


Kəmalə Vəliyeva