Yoganın faydaları NƏLƏRDİR?-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 21:32 09.12.2024
Yoga keçmiş dövrlərdən insanların ən sevimli idman növüdür. Son illərdə yoga daha da tanınıb.
Yoga edərkən nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı “informator.az”a müsahibəsində fizioterapevt Vəfa Xankişiyeva bildirib ki, yoga Hindistanda ortaya çıxan insanın fiziki, ruh halını, yaddaşını aktivləşdirən, sağlamlaşdıran bir uyğulamadır. Bədəni öz ruhu ilə birləşdirmək mənasına gəlir:
“Yoganın bədənə çox faydası var. Vücudun sağlamlığında böyük bir rol oynayır. Yoga hərəkətləri vücudu daha da elastik edir. Yoga insanın simasın da gözəlləşdirir, əhval-ruhiyyəni də pozitivləşdirir. Yorğunluğu aradan qaldırır və hərəkət-dayaq sistemin gücləndirir. Yoga zehni itiləşdirir. Əzələləri möhkəmləndirir. Zehnlə yaddaşın, bədənin rabitəsini itiləşdirir. Hərəkət-dayaq sistemində problem olanlar, yoga etdikcə insanlar gümrah olurlar. Hətta daxili orqanların funksiyasının bərpasında davamlı yoga edənlər bir dəyişiklik görürlər. Artıq çəkilərdən də azad olmasına müəyyən qədər fayda verir”.
Kəmalə Vəliyeva