Türkiyə və Ermənistan rəsmilərinin sərhəddə görüş keçirdiyi məlum olub

Bölmə: Siyasət › ,
Tarix: 19:43 13.12.2024

Görüşün nə vaxt keçirildiyi haqqında dəqiq məlumat yoxdur. Ermənistan tərəfi görüşün müsbət keçdiyini bildirib.


Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında siyasi şərhçi Elşad Həsənov bildirib ki, belə görüşlərin olması Ermənistanın yaxın zamanlarda Azərbaycanın dediklərini yerinə yetirməsi, konstitusiyasında dəyişiklik etməsi və sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək:


“Ermənistan kommunikasiyaların açılmasını istəyir. Ermənistan ona görə Türkiyə ilə gizli görüşlər keçirir. Amma bu gizli görüşlər 1-2 gün gizli qalır, sonra üstü açılır. Qardaş Türkiyə kommunikasiyaların açılması ilə bağlı onlarla danışıqlar aparır. Amma bütün bunlar Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra mümkündür. Yəni bunu dəfələrlə həm Rəcəb Tayyib Ərdoğan, həm də Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Bu məsələlər hər biri ancaq Azərbaycan və Ermənistan münasibətləri normallaşdıqdan sonra baş tutacaq. Ona görə də bu görüşün konkret bir nəticəsi yoxdur, söhbət aparılıb. Belə görüşlərin olması da Ermənistanın yaxın zamanlarda Azərbaycanın dediklərini etməsi, yəni konstitusiyasında dəyişiklik etməsi və ondan sonra sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. Bu məsələlər əvvəlcədən hazırlanır ki, sülh müqaviləsi imzalandıqdan sonra da Ermənistanın Türkiyə ilə sərhədləri açılsın və Ermənistanın dünyaya pəncərəsi olsun”.

 

Günel Verdiyeva