Elon Maskın həftəlik hesabat tələbi etirazla qarşılandı

Tarix: 13:39 24.02.2025
ABŞ-də Elon Maskın hökumət işçilərindən həftəlik iş hesabatı tələb etməsini bir çox federal qurum nəzərə almadı.
ABŞ-də Federal Təhqiqat Bürosu (FBI) və Dövlət Departamenti də daxil olmaqla vacib qurumların, Hökumət Effektivliyi Departamentinin (DOGE) həftəlik iş hesabatı tələbinə cavab verməyi düşünmədiyi qeyd edilib. Prezident Donald Tramp administrasiyasına tabe olan bir çox federal qurumun, DOGE rəhbəri Elon Maskın federal hökumət işçilərinin bazar ertəsinə qədər "həftəlik işlərini bildirmədikləri halda işdən çıxmış sayılacaqlarını" bəyan etdiyi tələbinə əməl etməyəcəyi vurğulanıb.
ABŞ Senatında 20 fevralda keçirilən səsvermə nəticəsində vəzifəsinə rəsmi olaraq başlayan yeni FBI direktoru Kaş Patelin də əməkdaşlarına Maskın tələbinə "heç olmasa hələlik məhəl qoymamaq" göstərişi verdiyi bildirilib. Dövlət Departamenti müavin katibi Tibor Naqi qurum işçilərinə göndərdiyi e-poçtda isə "Heç bir əməkdaş fəaliyyətlərini Departamentin komanda zənciri xaricində bir yerə bildirmək məcburiyyətində deyil”,-dedi.
NƏ BAŞ VERİB?
Maskın komandası vasitəsilə 23 fevralda yüz minlərlə federal işçiyə ötən həftə gördükləri işləri beş maddə ilə detallandırmağı tələb edən bir e-poçt göndərilib.
Mənbə:Haberler
Aygün Babayeva