“Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir”-ŞƏRH

Tarix: 13:49 24.02.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Mövzu ilə bağlı politoloq Elman Vəliyev “informator.az”a açıqlamasında bildirib ki, görüşdə əsasən siyasi, iqtisadi və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək:
“Silah ticarəti xüsusilə ön plandadır. Ola biləcək hər hansı potensial təhlükədə bir-birilərinə maddi, mənəvi, personal dəstəyi də olacaq. İki ölkə arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir. Pakistan Qarabağ məsələsində daim Azərbaycanın mövqeyini dəstəkləyib. Hazırda ticarət dövriyyəsinin artırılması, enerji sahəsində əməkdaşlıq və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi gündəmdədir. Tərəflər investisiya layihələrinin həyata keçirilməsi və birgə istehsal müəssisələrinin yaradılması üçün addımlar atacaqlar. Xüsusilə, müdafiə sənayesi və texnoloji innovasiyalar sahəsində əməkdaşlığın inkişafı prioritetlərdən biridir. Pakistanın Azərbaycana farmasevtika və kənd təsərrüfatı məhsulları ixracını artırması da müzakirə edilə bilər. İki ölkə arasında mövcud dostluq münasibətləri yeni strateji layihələrin icrasına imkan yaradacaq”.
Kəmalə Vəliyeva