"Ermənipərəst Bayden Administrasiyası son günlərini yaşayır"-Politoloq RƏYİ
Bölmə: Siyasət › ,Tarix: 23:24 13.12.2024
"Bayden administrasiyasının dördillik siyasəti erməni normativləri üzərində qurulub. Məhz elə bunun üçün administrasiyasının əksər təmsilçiləri birmənalı şəkildə ermənipərəst mövqedən çıxış edərək Azərbaycana qarşı qərəzli iddialar irəli sürüblər".
Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Bayden təmsilçiləri Ermənistanın mövqelərini gücləndirmək üçün daim müxtəlif addımlar atıblar:
"Məhz elə belə addımları atanlardan biri də ABŞ-nin dövlət katibi Antoni Bilnkendir. Belə ki, o, Ermənistanın mövqelərini möhkəmləndirərək Azərbaycana təzyiq göstərmək üçün əlindən gələn hər şeyi etdi. Lakin rəsmi Bakının qətiyyətli prinsipal mövqeyi bunların qarşısını aldı. Məlum məsələdir ki, Bayden administrasiyası son günlərini yaşayır. Təbii ki, onlar bu son günlərdə belə müxtəlif təxribatlara əl atarırlar. Məhz Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü təşkil edərək bu görüşə başçılıq etməyə cəhd göstərirdilər. Səbəb isə, həmin görüşdə öz planlarını ortaya qoyaraq öz maraqlarının həyata keçirilməsi idi. Lakin yenə rəsmi Bakının əzmli siyasəti nəticəsində bu maraqlar hamsı puç oldu".
Politoloq Antoni Bilnkenin Azərbaycandan intiqam almaq üçün müxtəlif yollara əl atdığını da qeyd edib:
"Belə ki, bütün planları məhv olan ABŞ dövlət katibi insan hüquqları üzərindən Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə çalışır. Təbii ki, rəsmi Bakı da haqqlı olaraq Antoni Bilnkenə sərt reaksiya verərək cavab verir. Bununla da Bayden administrasiyasına rəsmi Bakının əsassız, qərəzli mövqelər qarşısında geri çəkilmək niyyətində olmadığı mesajı veririlir. Əksinə, rəsmi Bakı hesab edir ki, ermənipərəst Bayden administrasiyası dəyişdikdən sonra hakimiyyət səlahiyyətlərinin icrasına başlayacaq yeni Tramp administrasiyası ilə daha uğurlu siyasi-diplomatik münasibətlər qurulacaqdır",-deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov