Mina təhlükəsinə son qoymaq üçün beynəlxalq təşkilatların dəstəyi mütləqdir-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 12:37 23.02.2025

Hansı istiqamətdən baxılmasından asılı olmayaraq, müharibə insanlıq əleyhinə törədilən cinayətdir.


Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib. Şərhçinin sözlərinə görə, “mina mübaribəsi” anlayışının da bu şəkildə adlandırılması mövcud fakt əsasında irəli sürülüb:
“Ən dəhşətlisi də odur ki, cinayətin cəzası adekvat deyil. Yəni, üstündən illər keçsə belə daim öz təhlükəsini saxlamaqda davam edir”.


Şərhçi minalanmaya məruz qalan ərazilərimizdən də söz açıb:
“İşğaldan azad edilən bir sıra ərazilərimiz: Kəlbəcər, Laçın və Zəngilan kimi bölgələrdə mina təhlükəsinə nisbətən az hallarda rast gəlinib. Lakin digər rayonlarımızda elə bir formada mina tarlası düzəldiblər ki, bunun tək çıxış yolu əraziləri metrə-metrə təmizləməkdən ibarətdir”.


Ə.Əlibəylinin sözlərinə görə, mina riskinin mövcud olduğu ərazilərdə risklər hələ də davam etməkdədir:
“İstər ölkəmizin əsgəri, istərsə fə mülki sakinlər mina təhlükəsinin qurbanı olur. Bu haldan əziyyət çəkənlərin sayı artıq 500 nəfərə çatıb”.


Politoloq bildirir ki, hər ay neçə nəfər bu hadisədən ya həlak olur, ya da ayaqları amputasiya edilir:
“Bu məsələnin digər bir tərəfi isə iqtisadiyyat üzərində yük olmasıdır. Bu halın tamamilə arasında qaldırılması isə müəyyən xərclər, illər tələb edir”.


Şərhçi bu məsələlərdə maarifləndirmənin mühüm əhəmiyyətindən bəhs edib:
“Mina təhlükəsinin aradan qaldırılması üçün maarifləndirmə vacibdir. Lakin qlobal şəkildə minalardan təmizləmə kampaniyası dünya təşkilatları səviyyəsinə çatdırılmalıdır. Əks təqdirdə isə riskin minimuma endirilməsi çox çətin olacaq”.


Ə.Əlibəyli sonda əlavə edib ki, beynəlxalq təşkilatlar bu istiqamətdə mühüm addımlar atmalıdır:
“Ən azından BMT mina təhlükəsinə qarşı qətnamə qəbul etməlidir. Həmçinin riskin aradan qaldırılması müasir texnologiyalar və peşəkar kadrlar tərəfindən həyata keçirilməlidir”, deyə şərhçi yekunlaşdırıb.


Xədicə Kərimli