Azərbaycanın Xalq artisti dünyasını dəyişdi

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:00 07.09.2015

Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov qəflətən dünyasını dəyişib.
 
Bu barədə İlham Əsgərovun yaxın qohumu olan müğənni Rövşən Əziz məlumat verib:
 
"Qəflətən infarkt keçirdi. Xəstəxanaya aparılan zaman yolda vəfat etdi"
 
Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.
 
İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 
 
Allah rəhmət eləsin!