İkiüzlü Diplomatiya: "Ermənistanın siyasi maskası"-Politoloqdan ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 15:49 14.12.2024

"Ermənistanda son dövrlərdə neonasist və revanşist qruplaşmaların fəallaşması, ölkənin müxtəlif yerlərində nümayişlər, mətbuat konfransları keçirilməsi və Ermənistan hökumətinin buna göz yumması Ermənistanın bu fikirləri dəstkləməsinin bir göstəricisidir".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Sultan Zahidov deyib.

 

Onun sözlərinə görə, Ermənistanın ikiüzlü siyasəti bu gün də davam etməkdədir:

 

"Belə ki, son dövrlərdə Ermənistanın xarici dövlətlərlə sıx əməkdaşlığı, qərbmeyilli siyasəti, xarici dövlətlərdən silah-sursatların gətirilməsi bunun ən böyük sübutudur. Məhz elə Nikol Paşniyanın baxmayaraq ki, sülhdən danışdığını görürük, lakin etdiyi əməllərlə bunun yalan olduğunu da özü sübut etmiş olur. Bu da öz növbəsində sülh danışıqlarına mənfi təsir göstərən amildir. Təbii ki, Azərbaycan da bununla bağlı dəfələrlə öz mesajlarını Ermənistana verib. Bu məsələləri nəzərə alaraq Azərbaycan da Ermənistanın real niyyətlərindən əmin ola bilmir".

 

Politoloq Ermənistanın daxilində yer alan neonasist və ravanşist qruplaşmaların məqsədlərindən də danışıb:

 

"Onlar Azərbaycanla münaqişəni davam etdirmək və işğal altında olan torpaqlar üzərində iddiaları yenidən gündəmə gətirmək məqsədi güdürlər. Bu ideologiya ,xüsusilə, 44 Günlük Vətən Müharibəsindən sonra itirilmiş mövqelərdən dolayı revanşist hissələrə əsaslanır. Bundan əlavə, bu qruplar Qarabağ bölgəsi üzərində "qondarma müstəqillik" və ya Ermənistanın tam nəzarətini bərpa etmək ideasını təbliğ edir, bu isə Azərbaycan üçün təhlükə doğurur"-, deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mayıl Soltanov