PKK/YPG narahatdır-ABŞ-ın bizi tərk etməsindən qorxuruq

Tarix: 18:09 16.12.2024
Suriyada uzun müddətdir həm ABŞ, həm Rusiya, həm də Əsəd rejiminin tərəfdaşı olaraq varlığını davam etdirən terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG, son hadisələrdən sonra qorxuya düşüb. Financial Times qəzetinə açıqlama verən YPG-nin mətbuat sözçüsü Fərhad Şami, “ABŞ-ın bizi tərk etməsindən qorxuruq” deyib.
Müxaliflərin ani qələbəsinin ardından rejim yıxılarkən, ruslar hərbi bazalarını xilas etməyə çalışır. Sahədə Münbiçdən sonra Deyr əz-Zor bölgəsindəki itkilərin və Rəqqadakı xalq üsyanının xaricində, YPG üzvlərini ən çox qorxudan vəziyyət Vaşinqton tərəfindən tərk edilməkdir.
Mənbə: NTV
Ləman Ağayeva