Netanyahu İranlılara səsləndi: "Sizi əzənlər, Əsədə 30 milyard dollar dəstək verdi".-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 19:46 16.12.2024
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı İngilis dilində etdiyi açıqlamada İran xalqına səslənərək, "İran xalqını əzənlərin Suriyada Bəşər Əsədə 30 milyard dollar dəstək verdiyini və ardından rejimin cəmi 11 gün ərzində toza çevrildiyini" söylədi.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "informator.az"a açıqlamasında bildirib ki ,İsrailin Baş Naziri Benyamin Netanyahunun bu açıqlaması İran xalqının mövqeyinin dəyişməsinə səbəb olub:
"Əsas məqsəd İranda İsrailə qarşı ictimai rəyin fikirlərinin dəyişməsidir. İsrailin baş naziri mesaj verməyə çalışır ki , İsrail İran xalqı ilə düşmən deyil. Əsas problemlər İran hökumətiylədir. Eyni zamanda Benyamin Netanyahu deyib ki , heç bir hakimiyyət əbədi deyil. Bunu sübut edən fakt Əsəd hakimiyyətinin 11 gün ərzində "sıradan çıxması" oldu. Bununla da, Baş nazir demək istəyir ki, İranda da hakimiyyət dəvəti ilə İran xalqını dolayısı yolla İranda hakimiyyət dəyişikliyi uğrunda mübarizəyə səsləyir. Təbii ki, belə çağırışlar müəyyən nəticələrdə verir. İran vətəndaşlarının bu çağırışa necə reaksiya bildirəcəkləri indilik məlum deyil. Böyük ehtimal bu çağırışdan məmnun olanlar da olacaq.Yəni, bu sadəcə siyasi mesajdır. İran xalqının siyasi dünyagörüşünə , mövqeyinə çox ciddi şəkildə təsir göstərəcəyini indidən söyləmək sadəlövhlük olar".
Politoloq sözlərini belə yekunlaşdırıb:
"Ancaq bu məsələnin müəyyən təsirləri olacaq. Bu məsələnin hansı inkişaf mərhələsinə çatacağını isə bir müddət sonra görəcəyik".
Aygün Babayeva