Analitik: "Ukrayna əvvəlkinə nisbətən daha pis vəziyyətdədir"

Bölmə: Siyasət › ,
Tarix: 23:15 17.12.2024

“Mən Qərb dünyasının bütün liderlərinə müraciət edirəm - biz hamımız Ukraynanı indi həmişəkindən daha çox dəstəkləməliyik”. 

 

Bu sözləri Polşanın Baş naziri Donald Tusk bu gün Lvova səfəri çərçivəsində çıxışı zamanı deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Tuskun açıqlamasından belə qənaətə gəlmək olar ki, Ukrayna əvvəlkindən nisbətən daha pis vəziyyətdədir:

 

“ABŞ prezident seçkilərində Donald Trampın qalib gəlməsi Ukraynadakı proseslərə ciddi təsir göstərəcək. Trampın inaqurasiya mərasimindən sonra Ukraynadakı proseslərin danışıqlar yolu ilə həll olunmasına çalışacağı gözlənilir. Həmçinin bu istiqamətdə həm Kiyev, həm də Moskva ilə danışıqlar aparacaq.

 

Perspektivdə Ukraynaya dəstəyin azaldılması və bununla Ukraynanın danışıqlar masasına otuzdurulması gözləniləndir. ABŞ belə ritorika ortaya qoyarsa, bu, Avropa İttifaqı ilə münasibətlərə mənfi təsir edəcək və Aİ ABŞ-nin dəstəyindən məhrum olacaq. Belə olan halda, Aİ daha çox güc və sərmayə ayırmalı olacaq.

 

Trampın and içməsindən sonra Avropa ölkələri Ukraynaya yardımları artırsalar, bu, Trampın planlarına maneə olacaq. Bu da Aİ ilə ABŞ arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Hətta təkcə Aİ ilə ABŞ arasında deyil, həm də Aİ-nin üzv ölkələri ilə ABŞ arasında münasibətlər gərginləşə bilər”.

 

 

Vüqar Alışov